Əlaqə Məlumatları
Məkan
Bakı Sağlamlıq Mərkəzi Azadlıq 112, Bakı şəhəri
Endomed klinikası Feyzulla Qasımzadə 25, Bakı şəhəri
Bizə zəng edin
Telefon & Whatsapp
+(994) 51 561 55 95
info@fuadsamadov.az
Sizə daha keyfiyyətli xidmət göstərə bilməyimiz üçün bir neçə gün əvvəldən qəbula yazılmağınızı tövsiyə edirik.
Biz sizin üçün buradayıq.
Təqdim etdiyimiz xidmətlər haqqında ətraflı məlumatı burada tapa bilərsiniz.
✓Ürək qapaqlarında orta və ya ağır dərəcəli darlıq/çatışmazlıq aşkarlanıbsa qapaq xəstəliyinin
ağırlığının düzgün təyin olunması. Bunun üçün müasir diaqnostika metodlarından istifadə
olunması
✓Ətraflı transtorakal exokardioqrafiya
✓Transezofagial exokardioqrafiya
✓Stress exokardioqrafiya
✓Ürək boşluqarının kateterizasiyası
✓Ürəyin MRT və KT müayinəsi
✓Qapaq xəstəliyinizlə əlaqədar aşağıdakı sualların cavablanması və düzgün müalicə qərarının
verilməsi
✓Əməliyyata ehtiyac varmı?
✓Əməliyyat üçün gec qalmısınızmı?
✓Müalicədə hansı seçimlər mövcuddur?
✓Bu seçimlərdən hansı sizin üçün daha uyğundur?
✓Heç bir şikayətiniz olmadığı (asimptomatik) halda ürək qapaqlarında əhəmiyyətli problemlər
aşkarlanıb və nə edəcəyinizi bilmədikdə ətraflı müayinələrlə və elmi əsaslandırmalarla düzgün
qərar verməyiniz üçün mütəxəssis rəyi
✓Əməliyyat üçün göstəriş olmayan pasientlərin müntəzəm kardioloji təqibi
✓Qapaq əməliyyatı keçirmiş pasientlərin ömürlük kardioloji təqibi
✓Dərman müalicəsi
✓Həyat tərzi
✓Qanaxma və digər fəsadların riskinin azaldılması, qanaxma baş verdikdə idarə olunması
✓Optimal İNR səviyyəsinin əldə olunması
✓Qapaq əməliyyatı keçirmiş qadın pasientlərdə hamiləlik müddətində protez qapaq və hamiləliklə
əlaqədar risklərin idarə olunması
✓Qapaq əməliyyatı keçirmiş pasientlərdə
✓Ürək çatışmazlığının idarə olunması
✓Ritm pozğunluqlarının idarə olunması
✓Ağciyər hipertenziyasının dəqiq diaqnostikası və səbəbinin müəyyənləşdirilməsi
✓Ətraflı exokardioqrafiya
✓Transezofagial exokardioqrafiya
✓Ürək boşluqlarının katetererizasiyası
✓Pletizmoqrafiya
✓Ağciyər hipertenziyanın müalicəsi
✓Mümkün müalicə alternativlərinin müzakirəsi
✓Səbəbə uyğun müalicə seçimləri
✓Dərman müalicəsi
✓Pulmonar arterial balon angioplastika (XrTEPH)
✓Əməliyyat göstərişi
✓Stasionar müalicə
✓Ağciyər hipertenziyası olan pasientlərdə həyat tərzi ilə əlaqədar məsələlər
✓Hamiləlik
✓Oksigen ehtiyacı
✓Peyvəndləmə
✓Səyahət
✓Böyüklərdə AÜQ-larının düzgün diaqnostikası
✓Ətraflı transtorakal exokardioqrafiya
✓Transezofagial exokardioqrafiya
✓Stress exokardioqrafiya
✓Ürək boşluqarının kateterizasiyası
✓Ürəyin MRT və KT müayinəsi
✓Anadangəlmə ürək qüsurları ilə əlaqədar aşağıdakı sualların cavablanması və düzgün müalicə
qərarının verilməsi
✓Əməliyyata ehtiyac varmı?
✓Əməliyyat üçün gec qalmısınızmı?
✓Müalicədə hansı seçimlər mövcuddur?
✓Bu seçimlərdən hansı sizin üçün daha uyğundur?
✓Heç bir şikayətiniz olmadığı (asimptomatik) halda anadangəlmə ürək qüsuru aşkarlanıb və nə
edəcəyinizi bilmədikdə ətraflı müayinələrlə və elmi əsaslandırmalarla düzgün qərar verməyiniz
üçün mütəxəssis rəyi
✓Əməliyyat üçün göstəriş olmayan pasientlərin müntəzəm kardioloji təqibi
✓Anadangəlmə ürək qüsuru səbəbi ilə əməliyyat keçirmiş pasientlərin ömürlük kardioloji təqibi
✓Dərman müalicəsi
✓Həyat tərzi
✓Endokardit profilaktikası
✓Aritmiyaların və qəfləti ürək ölümünün profilaktikası
✓Anadangəlmə ürək qüsuru olan və ya bu səbəbdən əməliyyat keçirmiş qadın pasientlərin
hamiləlik müddətində təqibi
✓Anadangəlmə ürək qüsurlarının qapalı metodla müalicəsi
✓Qulaqcıqlararası çəpər defekti (ASD)
✓Patent ductus arteriosus (PDA)
✓Aortanın koarktasiyası
Bu müayinə ürəyin ayrı-ayrı kameralarında, həmçinin ürəkdən çıxan böyük damar- larda təzyiqi
ölçməyə, qanda oksigen saturasiyasını təyin etməyə imkan verir. Əksər hallarda bu müayinə ilə
birlikdə ürək damarlarının vəziyyəti də yoxlanılır. Müay- inənin nəticəsinə əsasən ürək qapaqlarının
vəziyyəti, ürək qüsurlarının olub-olma- ması, ağciyər damarlarında təzyiq yüksəlməsi kimi
məqamlar aydınlaşır və düzgün müalicə istiqməti seçilir.
Adi exokardioqrafiyadan əlavə bəzi xüsusi ölçümlərə imkan verən ətraflı exokardioqrafiya
müayinəsinə aşağıdakı hallarda ehtiyac var:
✓Qapaq əməliyyatı planlaşdırılan pasientlər,
✓Ağciyər hipertenziyası olan pasientlər,
✓Birləşdirici toxuma xəstəlikləri (sklerodermiya, revmatoid artrit) vəs. kimi xəstə- liklərdə
ürəkdəki dəyişikliklərin erkən aşkarlanması üçün
✓Sarkoidoz, amiloidoz kimi xəstəliklərdə
✓Ürək çatışmazlığında
✓Kimyəvi müalicə qəbul edən pasientlərdə vəs.
Mərkəzimiz ölkəmizdə bu müayinənin aparıldığı nadir klinikalardan biridir.
Sakitlik halında exo göstəricilərinin normal olması ürəyinizin fiziki aktivlik zamanı da
normal işlədiyinə əmin olmağa imkan vermir. Pilləkən və ya yoxuş qalxarkən təngnəfəslik
şikayəti olan pasientlərin bir qismində sakitlik halında exo müayinəsi normal olsa da, ürəkdəki
pozğunluqlar stress exoda aşkarlana bilir. Stress exo pedalları olan, yarı-oturaq vəziyyətdə,
sola tərəf çevrilə bilən və keyfiyyətli exo müayinəsini aparmağa imkan verən xüsusi stress exo
yatağında aparılır. Pasient yatanda lazımi vəziyyətdə yerləşdirildikdən sonra müəyyən
protokollarla fiziki yük tətbiq edilir. Pasient pedalları çevirir. Adətən 2-3 dəqiqədə bir
pedallardakı yük avtomatik artırılır. Bu fiziki yükün sayəsində ürək vurguları sürətlənir, təzyiq
yüksəlir. Bununla da pasientin ürəyinin fiziki yükə dözümlülüyü aydınlaşdırılır. Müayinə
əsnasında pasient şikayətlərinin olub-olmaması, kardioqrammada dəyişikliklərin olub-olmaması,
həmçinin exo-da dəyişikliklərin aşkarlanması nəzərə alınır.
Normal exo müayinəsində şübhəli məqamlar qaldıqda daha ətraflı məlumat əldə etmək üçün
həkiminiz tərəfindən transezofagial exokardioqrafiya müayinəsi təyin oluna bilər. Döş
qəfəsinin səthindən apardığımız exo müayinəsində ultrasəs dalğaları qabırğalar, ağciyərlər
və s. kimi maneələrlə üzləşdiyi üçün bəzi məlumatları əldə et- məkdə çətinliklər ola bilər.
Qida borusunun ürəyə çox yaxın yerləşdiyi üçün ultrasəs dalğaları müayinə zamanı
maneələrlə qarşılaşmır. Bu səbəbdən qida borusundan aparılan exokardioqrafiya
müayinəsində əksər hallarda dəqiqliklə ürəyin strukturları haqda məlumatı əldə edə bilirik.
Bu müayinəyə adətən aşağıdakı hallarda ehtiyac duyulur
✓Qapaq xəstəliklərinin səbəbinin və ağırlığının təyin edilməsi məqsədi ilə
✓Qapaq xəstəliklərində qapalı yolla aparılan müdaxilələr, həmçinin cərrah tərəfindən təmir
əməliyyatına uyğunluğun təyin edilməsi məqsədi ilə
✓Qapaq əməliyyatı keçirmiş pasientlərdə müəyyən ağırlaşmaların dəqiqləşdirilməsi
məqsədi ilə
✓Anadangəlmə ürək qüsurlarının dəqiqləşdirilməsi məqsədi ilə
✓İnsultun səbəbinin müəyyənləşdirilməsi üçün
✓Müalicə cavab verməyən və səbəbi bilinməyən qızdırmada ürək daxilində infeksiya
ocağının təyin edilməsi məqsədi ilə
✓Qulaqcıq səyriməsi olan pasientlərdə ritmin bərpasından öncə ürək daxilində
trombun aşkarlanması üçün
Müayinə adətən sedasiya (yüngül anesteziya) altında aparılır. Bu səbəbdən pasientlərimiz
adətən müayinə əsnasında heç bir çətinlik yaşanmır. Pasientlər adətən müayinə
tamamlandıqdan dərhal sonra oyanır və təxmin etdiklərindən çox rahat olduğunu bildirirlər.
Müəyyən vaxtdan sonra müayinənin təkrar aparılmasına zərurət yarandıqda cəsarətlə
müraciət edirlər.
Ürək çatışmazlığı xəstələrinə tibbi xidmət prinsiplərimiz aşağıdakılardır:
• Ürək çatışmazlığı riski daşıyan, hələlik aşkar ürək çatışmazlığı əlamətləri olmayan
pasientləri bu barədə məlumatlandırmaq və ürək çatışmazlığının qarşısının alınması
üçün lazım olan tibbi tədbirlərin həyata keçirilməsi;
• Ürək çatışmazlığı olan istənilən pasientdə ürək çatışmazlığının düzəldilə bilən
səbəblərinin axtarılması, aşkarlandığı halda bu səbəblərin ortadan qaldırılması istiqamətində
tibbi tədbirlərin həyata keçirilməsi;
• Ürək çatışmazlığı xəstələrində koronar angioqrafiya, ürək damarlarındakı darlıqların qa- palı
və ya açıq metodlarla ortadan qaldırılması, qapaq problemlərinin vaxtında aşkar- lanıb
düzəldilməsi, anadangəlmə ürək qüsurlarının aşkarlanıb müdaxilə olunması;
• Ürək çatışmazlığının ən müasir dərman müalicəsinin aparılması. Tibbi ədəbiyyatda mümkün
müalicə seçimləri barədə pasient və ailənin məlumatlandırılması. Pasient və ailənin istəkləri
də nəzərə alınaraq, ortaq qərar əsasında müalicə hədəflərinin təyin olunması;
• Ürək çatışmazlığı xəstələrində qulaqcıq səyriməsi və digər ritm pozğunluqlarının idarə
olunması. Kardiostimulyator-defibrillyator və sinxronizasiya cihazlarına (ICD, CRT)
göstəriş müəyyən olunması.
• Ürək çatışmazlığı səbəbi ilə stasionar yatışların təşkili və stasionar müalicənin aparıl- ması;
• İkincili mitral çatışmazlıq xəstələrində Mitraclip və ya cərrahi müdaxilə baxımından qərarın
verilməsi;
• Ürək çatışmazlığı xəstələrində ağciyər hipertenziyasının müalicəsi; Ürək boşluqlarının
kateterizasiyası;
• Yanaşı xəstəliklərin idarə olunması baxımından fərqli ixtisaslardan həkim komandasının
dəstəyi;
• Ultrafiltrasiya programına başlanılması;
• Psixiatr dəstəyi;
• Son mərhələ ürək çatışmazlığı aşkarlandıqda süni ürək, mexaniki dəstək cihazları,
həmçinin ürək transplantasiyası üçün göstərişin müəyyənləşdirilməsi;
• Ürək transplantasiyası olunmuş və ya mexaniki dəstək cihazları taxılmış pasientlərin
təqibi.
Kardiomiopatiyalar ürək əzələsinin müxtəlif səbəblərdən yaranan xəstəlikləridir. Tək bir xəstəlik
deyil. Bəziləri genetik mənşəli olub, həyatın ilk illərindən şikayətlərə səbəb ola bilər. Bəzi genetik
kardiomiopatiyalar isə 40-50 yaşına qədər heç bir şikayətə səbəb olmadan səssiz şəkildə seyr edə
bilər. Başqa səbəbdən həkimə müraciət etdikdə problem aşkarlana bilər.
Kardiomiopatiyalar ən çox rast gəlinən bəzi tipləri aşağıdakılardır
• Hipertrofik kardiomiopatiya
• Dilatasion kardiomiopatiya
• Aritmogen kardiomiopatiya (aritmogen mədəcik displaziyası)
• Aritmiyalarla ilə əlaqədar kardiomiopatiya
• Alkoqol kardiomiopatiyası
• Peripartum kardiomiopatiya
✓Əgər ailənizdə 50 yaşından əvvəl infarkt keçirmiş, stent taxılmış, ürək damarları ilə əlaqədar
cərrahiyyə olunmuş və ya qəfləti ölüm baş vermiş şəxslər varsa sizdə AH ehtimalı
yüksəkdir. Bu səbəbdən ilkin olaraq xolesterinlə əlaqədar laborator analizlərin
aparılmasına ehtiyac var. Bəzi hallarda standart analizlər kifayət etməyə bilər, xolesterinlə
əlaqədar əlavə testlər aparıla bilər.
✓Əgər artıq analizləriniz olunub və çox yüksək xolesterin dəyərləri aşkarlanıbsa sizə ətraflı zaman
ayıraraq həm ailəniz, həm də özünüzlə əlaqədar lazımi məlumatları topladıqdan
sonra xolesterin yüksəkliyinin irsi, yoxsa qazanılma olduğunu aydınlaşdırmağa
çalışacayıq. Xolesterin səviyyəsindəki dəyişiklikliyin mümkün olan başqa səbəblərinin
təyin etməyə cəhd edəcəyik.
✓Bəzi hallarda genetik testlərə ehtiyac yarana bilər. Genetik testin nəticəsi yalnız sizin üçün yox,
həm də övladlarınızın gələcəyi üçün əhəmiyyətli ola bilər.
✓İstər irsi, istərsə də qazanılma xolesterin yüksəkliyində ürək-damar xəstəliklərinin riskinin
azaldılması üçün həyat tərzi dəyişiklikləri (fiziki aktivlik, zərərli vərdişlər, pəhriz və s.) vacibdir.
Bundan əlavə əksər hallarda uzun müddətli, hətta ömürboyu dərman müalicəsinə ehtiyac vardır.
Bunlarla birlikdə bu yolculuqda daim sizin yanınızda olacayıq və riskləri azaltmaq üçün LDL
xolesterini hədəf dəyərə qədər azaldıb, həmin səviyyədə saklamağa çalışacayıq.
✓Ailəvi xolesterin problemlərində əsas hədəflərimizdən biri də pasientin ailə fərdlərində xolesterin
problemlərinin erkən aşkarlanması, ehtiyac olduqda erkən müalicəyə başlanmasıdır.
✓Ailəvi xolesterin yüksəkliyinin müalicəsində sizlərə verəcəyimiz tövsiyələr yalnız ölkədəki
dərmanlar və ya müalicə imkanları ilə məhdudlaşmayacaq. Sizlərə mümkün müalicə seçimləri ilə
əlaqədar ətraflı məlumat verəcəyik.
✓Aparılmış müalicələrə baxmayaraq ürək və digər orqanların damarlarında darlıq və ya tıxanma
inkişaf edərsə bu problemin ən düzgün formada həlli üçün çalışacayıq.
Təzyiq xəstəliyi sadəcə təzyiq dəyərlərinin yüksək olması deyil. Təzyiq dəyər- lərinin yüksək
olması bu xəstəliyin yalnız bir göstəricisidir. Xəstəliyin əsas təzahürləri aylar-illər ərzində, əksər
hallarda pasientlərin xəbəri olmadan daxili orqanlarda baş verir. Beyin, ürək, damarlar, böyrəklər və
gözün torlu qişası təzyiq xəstəliyinin əsas hədəfləridir. Təzyiq yüksəkliyi pasientdə heç bir şikayətə
səbəb olmasa da bu orqanlarda dəyişikliklərə səbəb olur. Nəticədə nəzarətsiz təzyiq xəstəliyi insult,
miokard infarktı, ürək çatışmazlığı, böyrək çatışmazlığı və görmənin itirilməsi ilə nəticələnə bilir.
Sistolik təzyiqdə hər 20mmHg-lik artış insult riskinizin 2 dəfə art- ması ilə nəticələnir. Bu səbəbdən
şikayətiniz olsa da, olmasa da, təzyiq xəstəliyindən əziyyət çəkirsinizsə mütləq ətraflı müayinədən
keçməyiniz vacibdir.
İxtisaslaşmış xidmətimizin əsas məqsədləri:
✓Ürək-damar xəstəlikləri olan pasientlərimizdə yanaşı onkoloji problemlər aşkarlandıqda
onkoloji müalicənin lazımi şəkildə aparıla bilməsinə dəstək olmaq;
✓Ürək-damar xəstəliyi diaqnozu olmayan, lakin bu baxımdan yüksək risk qrupuna daxil olan
pasientlərin onkoloji müalicədən əvvəl, müalicə əsnasında, müalicədən sonra kardioloji
müayinə və müalicə tədbirlərinin aparılması;
✓Onkoloji diaqnozdan sağalmış pasientlərin ürək-damar riskləri baxımından dəyərləndirilməsi,
ehtiyac halında müalicə tədbirlərinin aparılması;
✓Xüsusilə yeni nəsil ağıllı dərmanların, immunoterapiyada istifadə olunan dərman vasitələrinin
ürək-damar fəsadlarının aşkarlanmasıdır.
Endomed klinikası
Feyzulla Qasımzadə 25, Bakı şəhəri
Bakı Sağlamlıq Mərkəzi
Azadlıq 112, Bakı şəhəri
Bakı Sağlamlıq Mərkəzi Azadlıq 112, Bakı şəhəri
Endomed klinikası Feyzulla Qasımzadə 25, Bakı şəhəri
Telefon & Whatsapp
+(994) 51 561 55 95
info@fuadsamadov.az