Sizə daha keyfiyyətli xidmət göstərə bilməyimiz üçün bir neçə gün əvvəldən qəbula yazılmağınızı tövsiyə edirik.


Niyə Biz?

SİZİN ÜÇÜN BURADAYIQ

Hal-hazırda bir çox pasientin əsas şikayətlərindən biri həkim müayinəsində olarkən ona kifayət qədər vaxt ayrılmamasıdır. Biz sizə həm şikayətlərinizi dinləmək, həm müayinələrinizi aparmaq, həmçinin aşkarladığımız problemləri və çıxış yollarını izah etmək üçün yetərli zaman ayırırıq.

Ətraflı müayinə

Erkən diaqnoz

Hərtərəfli müalicə

Məlumatlı pasient

Ömürlük nəzarət

Our History

Niyə Biz?

Biz sizin üçün buradayıq.

Ətraflı müayinə

Hal-hazırda bir çox pasientin əsas şikayətlərindən biri həkim müayinəsində olarkən ona kifayət qədər vaxt ayrılmamasıdır. Biz sizə həm şikayətlərinizi dinləmək,
həm müayinələrinizi aparmaq, həmçinin aşkarladığımız problemləri və çıxış yollarını izah etmək üçün yetərli zaman ayırırıq. Ətraflı müayinə dedikdə həm də səhhətinizdəki problemlərin düzgün diaqnozu üçün lazım olan müayinələrin aparılması, tələsik qərar verilməməsi nəzərdə tutulur.
Bəzən pasientlərimiz vaxtlarının məhdud olması səbəbindən bir neçə saat ərzində diaqnozun dəqiqləşdirilib, müalicənin dərhal başlanmasını arzu edirlər. Aydındır ki, bu hər zaman mümkün olmur. Bir çox hallarda bir şikayət bir çox xəstəliklər zamanı
yarana bilər və ətraflı müayinələr aparılmadan şikayətin həqiqi səbəbini təyin etmək çətin olur. “Ətraflı müayinə” yanaşmamız həm çox vaxt tələb etməsi və məsrəfli olması səbəbi ilə bəzi pasientlər tərəfindən qəbul olunmaya bilər. Lakin unutmamalıyıq ki, natamam dəyərləndirmə düzgün olmayan müalicələrə, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Erkən diaqnoz

Bu yanaşma pasientlərdə, həm də onların risk altındaki qohumlarında ürək-damar xəstəlikləri və risk amillərinin erkən aşkarlanmasını nəzərdə tutur. Bir çox ürəkdamar xəstəliyi və onların risk amilləri (şəkərli diabet, təzyiq xəstəliyi, xolesterin yüksəkliyi və s.) uzun müddət səssiz formada orqanizmdə öz təsirlərini göstərirlər. Bu xəstəliklərin erkən aşkarlanması və heç bir şikayət olmadıqda belə erkən müalicəsi gələcəkdə miokard infarktı, ürək çatışmazlığı, insult kimi fəsadların qarşısını almağa imkan verir. Məsələn, 45 yaşında miokard infarktı keçirmiş bir pasientin qardaş-bacılarında, hətta övladlarında qeyri-adi dərəcədə yüksək xolesterin dəyərlərinin aşkarlayıb, vaxtında müalicəyə başladıqda bir çox insanda gənc yaşlarda infarkt, insult kimi fəsadların qarşısını almaq mümkündür.

Hərtərəfli müalicə

Təəssüf ki, bir çox ürək-damar xəstəliyinin ancaq dərman qəbul edərək müalicəsi mümkün deyil. Müalicənin bir hissəsi kimi dərmanların uzunmüddətli istifadəsi vacib olsa da, bu adətən kifayət etmir və hərtərəfli müalicəyə ehtiyac olur. Hərtərəfli müalicə dedikdə
• həyat tərzi dəyişiklikləri,
• dərman müalicəsi,
• cərrahi əməliyyatlar (açıq yolla aparılan müdaxilələr)
• damardan girilərək rentgen şüaları altında aparıla bilən invaziv, qapalı müdaxilələr
• psixoloji dəstək,
• idman rehabilitasiyasını nəzərdə tuturuq.
Diaqnozu dəqiqləşdirdikdən sonra sizə dərman müalicəsindən əlavə həyat tərzinizdə dəyişməli olduğunuz vərdişlər, psixi və fiziki rehabilitasiyaya ehtiyacınızın olub-olmadığı, həmçinin xəstəliyinizin ölkəmizdə və xaricdə mümkün olan müalicə həlləri
haqda məlumat veririk.

Məlumatlı pasient

Cəmiyyətimizdə adətən pasientlərimiz həkimə ailə üzvləri ilə birlikdə müraciət edir. İlk müayinədən müalicə yekunlaşana qədər ailə üzvləri tərəfindən olan dəstəyin pasientlərə müsbət təsiri danılmazdır.
Bununla birlikdə pasientin özünün də
• xəstəlikləri,
• onu yaradan əsas amillər,
• düzgün müalicə olmadıqda yarana biləcək fəsadlar,
• müalicə imkanları haqda məlumatının olması çox əhəmiyyətlidir.
Məlumatlı pasientlərin nəticələrinin daha yaxşı olduğunu həm elmi ədəbiyyatdan, həm də öz praktikamızdan bilirik. Bu səbəbdən pasientlərimizi maarifləndirməyə və xəstəlikləri ilə əlaqədar məlumatlarını artırmağa çalışırıq. Bundan əlavə pasientlərimizlə xəstəliyin müalicə seçimlərini müzakirə edir, hansı müalicənin aparılacağına pasient və ailəsi ilə birlikdə qərar veririk.

Ömürlük nəzarət

Ürək-damar xəstəliklərinin bir çoxu, həmçinin təzyiq xəstəliyi və ya xolesterin yüksəkliyi kimi risk amillərinin ömürboyu nəzarətdə saxlanılması üçün vacibdir. Bu həm pasientlərin şikayətlərinin azaldılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, həm də insult, ürək çatışmazlığı vəs kimi fəsadların qarşısının alınması üçün əhəmiyyətlidir. Müntəzəm həkim nəzarətində olan pasientlərdə
• risk amillərinə daha yaxşı nəzarət olunur;
• dərmanlara və digər müalicələrə riayəti artır;
• şikayətlərə səbəb olmasa da, ürəkdə baş verən dəyişikliklər daha erkən təyin olunur;
• erkən müalicə ilə fəsadların qarşısını almaq mümkün olur.

SAYT XƏRİTƏSİ
ƏLAQƏ MƏLUMATLARI

Dr. Fuad SAMADOV

Bakı Sağlamlıq Merkezi / Baku Health Centre

Endomed klinikası
Feyzulla Qasımzadə 25, Bakı şəhəri

Email: info@fuadsamadov.az

Tel. : +(994) 51 561 55 95 

ƏLAQƏ MƏLUMATLARI

Məkan məlumatı...

Məkan məlumatı...

İŞ SAATLARI
  • Bazar ertəsi09.00 - 17.00
  • Çərşənbə axşamı09.00 - 17.00
  • Çərşənbə09.00 - 17.00
  • Cümə axşamı09.00 - 17.00
  • Cümə09.00 - 17.00